Xələf Xələfov: “Hazırda proses davam edir“

“Dövlət komissiyaları Qəbələ radiolokasiya stansiyasının təhvil verilməsi bağlı işini davam etdirir. Biz bütün məsələləri razılaşdırmağa nail olmuşuq”

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov verib.

Nazir müavini stansiyada Rusiyaya məxsus olan əmlakın inventarizasiyasının başa çatdığını vurğulayıb: "Əmlakların daşınması ilə bağlı bütün təşkilatı məsələlər öz həllini tapıb. Hazırda proses davam edir. Bu əmlakın böyük hissəsi Rusiyaya aparılıb. Kiçik bir hissəsi qalıb ki, onların da daşınması bizim müəyyən etdiyimiz qrafik əsasında həyata keçiriləcək. Bu proses yaxın həftələrdə başa çatdırılacaq. eyni zamanda stansiyada çalışan kontingentin və onların əmlakının daşınması üçün də bütün lazımi şərait yaradılıb".

AzNews.az