Rövşən Səfərovla bağlı yeni məlumatlar Rövşən Səfərovla bağlı yeni məlumatlar

“Komandirə cinayət işi açılmayıb” – DİN TƏKZİB ETDİ

Rövşən Səfərovla bağlı yeni məlumatlar



"Xudat şəhərində baş verən olayda adı hallanan hərbi hissə komandiri Rövşən Səfərova qarşı heç bir cinayət işi açılmayıb".

Bu barədə məlumatı AzNews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov verib. O bildirib ki, Nazirlik Xudatda baş verən yol qəzasından sonra yaşanan olaylarla bağlı rəsmi açıqlama yayıb və orada haqqında müvafiq tədbir görülən şəxslərin adları açıqlanıb v’ bununla bağlı yenilik yoxdur.

Qeyd edək ki, musavat.com saytının yaydığı məlumata görə, DİN Rövşən Səfərova qarşı cinayət işi açıb.

Yayılan digər məlumatlara görə isə R.Səfərov infarkt diaqnozu ilə hərbi hospitala götürülüb.

Bu barədə Aznews.az-ın özəl mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, R.Səfərov həqiqətən də hazırda xəstəxanalardan birində həkim müşahidəsi altındadır. Ancaq o, dünən yaşanan hadisənin ardından infarkt keçirməyib. Mənbəmiz bildirib ki, hərbi hissə komandirinin ürəyində uzun müddətdir problem var imiş və o, mütəmadi müalicə alırmış. Dünən baş verən qəza isə onun stress keçirməsinə səbəb olub. Bu səbəbdən də xəstəxanaya həkim müayinəsinə müraciət edib.

Anar
AzNews.az