“Böyük İpək Yolu” Gənclər İttifaqının Macarıstanda növbəti iclası keçiriləcək

Mayın 16-19-da Macarıstanın paytaxtı Budapeşt şəhərində "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının növbəti iclası keçiriləcək. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Təşkilatın sədri, Milli Məclisin deputatı Fuad Muradovun sədrliyi ilə keçiriləcək iclasda cari məsələlər müzakirə olunacaq və ötən il Astanada keçirilmiş Üzvlər Şurasının iclasından bu günə qədər görülmüş işlər barədə hesabat təqdim olunacaq. İclasda təşkilatın 2014-cü il üçün fəaliyyət planı təsdiq ediləcək.

Budapeştdə keçiriləcək iclasda "Böyük İpək Yolu" BGT-də müşahidəçi statusuna namizədliyi irəli sürülmüş Bolaqrıstan, İtaliya, İspaniya, Cənubi Koreya, İsrail və Bəhreyndən olan nümayəndə heyətinin təqdimatı olacaq.

Budapeşdtəki iclasa qonaq qismində "PanAfrika" Gənclər İttifaqı, "Gənclər Fəaliyyətdə" Proqramı üzrə Polşanın Milli Agentliyi, SALTO -Şərqi Avropa və Qafqaz ölkələri üzrə Resurs Mərkəzi, Dünya Gənclər Assambleyası iştirak edəcək.

Macarıstanda keçirləcək tədbir çərçivəsində "Böyük İpək Yolu" BGT-nin Macarıstan parlamentində bir sıra görüşləri planlaşdırlırıb. Üzvlər Şurası macar parlamentinin xarici əlqələr və gənclərlə iş üzrə komitəsində görüşləri nəzərdə tutulub.

"Böyük İpək Yolu" BGT-nin üzvləri Macarıstanın Keşkemet şəhərində yerli icra hakimiyyəti və gənclər təşkilatının rəhbərləri ilə görüşləri keçiriləcək.

Qeyd edək ki, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə 25 ölkənin işitrakı ilə Bakıda təsis olunub. Milli Məclisin deputatı Fuad Muradov qurumun sədri seçilib.

Müxtəlif mədəniyyətləri, dini baxışları, ənənələri olan gəncləri birləşdirən "Böyük İpək Yolu"nun əsas məqsədi tarixi ipək yolu" üzrəidə yerləşmiş ölkələrin gəncləri arasında əməkdşlığın yaradılmasıdır.

AzNews.az