“Gülər Əhmədovanın psixi durumu doğrudan da yaxşı deyil” “Gülər Əhmədovanın psixi durumu doğrudan da yaxşı deyil”

Gülər Əhmədova ilə bağlı yeni xəbər var – Özəl

“Gülər Əhmədovanın psixi durumu doğrudan da yaxşı deyil”



Hazırda istintaq təcridxanasında saxlanılan keçmiş millət vəkili Gülər Əhmədovanın həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı apelyasiya şikayətinə bu gün baxılacaq. Bu barədə məlumatı AzNews.az-a G. Əhmədovanın vəkili Raqif Mustafayev verib.

R. Mustafayev bildirib ki, məhkəmənin bu gün keçiriləcək iclasında apelyasiya şikayətinin təmin olunacağını gözləmir: "İstintaqın gedişi ilə bağlı qanunsuzluqlar var və Gülər Əhmədovanın həbs müddətini 3 ay uzadılması də bu qanunsuzluqların davamı oldu".

R. Mustafayev həmçinin G.Əhmədovanın psixi vəziyyətinin gərgin olması ilə bağlı xəbərlərin onu 1 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirmək məqsədilə dövriyyəyə buraxılması ilə bağlı iddiaları da cavablandırıb: "Gülər Əhmədovanın psixi durumu doğrudan da yaxşı deyil. O da insandır, xanımdır, azyaşlı övladı var. Ora düşən hər bir insanın, xüsusən də zərif cinsin nümayəndəsinin psixi durumu gərginləşməsi təbiidir".

Elnarə
AzNews.az