“Qarabağın Xristian abidələri” - Layihə

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilovun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qarabağın Xristian abidələri" kitabının ingilis dilində hazırlanması ilə bağlı lahiyənin icrası davam edir.

"Kitabda məqsəd bu gün erməni işğalı altında olan Qarabağ torpaqlarında yerləşən tarixi xristian abidələri haqqında əsl həqiqəti əks etdirən faktları ingilis dilində hazırlamaq və dünya ictimaiyyətinə təqdim etməkdir. Erməni təbliğat maşını guya bu abidələrin "qədim erməni" abidələri olması haqqında bu gün dünyada cox aktiv təbliğat aparır və heç bir faktlara söykənməyən saxtakarlıqlarla dünya ictimaiyyətini çaşdırmağa səy göstərirlər. Bu gün əldə olunan məlumatlara əsasən qədim Alban-Türk mədəniyyətinə aid olunan bu xristian abidələri ermənilər tərəfindən yenidən restavrasiya olunaraq dəyişdirilir və yenidən qurularaq erməni abidələri formasına salınır. Ancaq işğaldan əvvəl çəkilmiş foto materiallar və arxiv sənədləri vardır ki, biz bunu kitab şəkilində bu gün toplayaraq hazirlayırıq".

Xatırladaq ki, SİMİB buna qədər üç dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını və ingilis dilində "Qafqazın konservatoriyası" filmini hazırlamışdır.

AzNews.az