Milli Məclis növbədənkənar sessiya çağırır

Azərbaycan Milli Məclisinin 70-ə yaxın deputatı qanunverici orqanın rəhbərliyinə müraciət edib. Bu barədə Modern.az saytına millət vəkili Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, deputatlar bu müraciətlə təklif ediblər ki, iyun ayında Milli Məclisin növbədənkənar sessiyası çağırılsın:

"Bu ənənə uzun illərdir bizim parlamentdə var. Ona görə müraciət etdik ki, komitələrdə müəyyən sənədlər var ki, onların müzakirəsi hələ başa çatmayıb. Hesab edirəm ki, vacib olan sənədlərin müzakirəsini başa çatdırmalıyıq. Bunun üçün isə bizə zaman lazımdır. Bu məsələləri də Milli Məclisin növbədənkənar iclasında müzakirə edəcəyik".

AzNews.az