“Sərəncamla tanışlıqdan sonra bizdə belə bir qənaət yarandı ki...” “Sərəncamla tanışlıqdan sonra bizdə belə bir qənaət yarandı ki...”

Artur Rəsizadə 80 ailəni aksiya fikrindən necə döndərdi?

“Sərəncamla tanışlıqdan sonra bizdə belə bir qənaət yarandı ki...”



Məlum olduğu kimi, Xətai rayonu Cavanşir 38 ünvanında yerləşən qəzalı yataqxananın sakinləri dünən etiraz aksiyası keçirib. Bildirək ki, onlardan binanı boşaltmaq tələb olunur, sakinlər isə bunun müqabilində onlara ödəniləcək kompensasiyanın azlığına etiraz edir.

AzNews.az-a verilən son məlumata görə isə artıq vəziyyət müsbətə doğru dəyişib. Belə ki, 45 min manat kompensasiyanın ev almaq üçün az olduğunu deyən sakinlərə hökumətin sərəncamı ilə tanışlıq imkan yaradılıb. Sərəncamda yazılanları gözləri ilə gördükdən sonra sakinlər qəzalı vəziyyətdəki binanı tərk etməkdən başqa çıxış yolu olmadığını görüblər. Bu barədə məlumatı AzNews.az-a sakinlərin hüquqlarını müdafiə komitəsinin sədr müavini Hafiz Xanquliyev verib:

"Bu günə qədər sakinlərdə onlara ödəniləcək kompensasiyanın məbləği ilə bağlı müəyyən şübhələr var idi. Proseslərin gedişi bu şübhələri yaradırdı. Son olaraq bildirilmişdi ki, yataqxananın yanında yeni bina tikilərək bizə veriləcək. Ancaq biz hökumətin sərəncamını əldə etdik. Sərəncamı baş nazir Artur Rəsizadə imzalayıb və orada hər bir ailəyə 45 min manat kompensasiya ödənilməsi nəzərdə tutulur. Sərəncamla tanışlıqdan sonra bizdə belə bir qənaət yarandı ki, razılaşmaq və yeni yaşayış yeri axtarmaq ən doğrusudur. Düzdür 45 min manat yeni ev almaq üçün yetərli məbləğ deyil, ancaq bundan başqa yol yoxdur. Bir halda ki, baş nazir sərəncamı imzalayıb, artıq sakinlərin 90 faizi bununla razılaşır. Vəsait artıq Xətai rayon İcra Hakimiyyətinin hesabına köçürülüb. Binanı boşaltmaq üçün 1 ay vaxt verilib".

Elnarə Əlosmanqızı
AzNews.az