Hansı şagirdlər imtahan verməyəcək ? - SİYAHI

TQDK şagirdlərin mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında iştirakını məhdudlaşdıran xəstəliklərin siyahısını müəyyən edib.

AzNews.az Komissiyyanın saytına istinadən xəbər verir ki, səhhətində bu siyahıda qeyd edilən çatışmazlıqlar olduğu üçün mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanında iştirakı mümkünsüz olan şagirdlər müvafiq tibbi arayışları (epiqriz) 20 may tarixinədək təhsil müəssisələrinə təqdim etməlidirlər. Bu sənədlər Təhsil şöbələri tərəfindən 25 may tarixinədək TQDK-ya və ya Komissiyanin regional bolmələrinə təqdim olunmalıdır.

Belə şagirdlər üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən fərdi buraxılış imtahanları təşkil ediləcək.

Xüsusi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elə həmin təhsil müəssisələrində təşkil ediləcək.

Diaqnoz

1.Bronxoektatik xəstəliklər (tez-tez təkrar olunan kəskinləşmə və ağırlaşmalarla, II-III dərəcəli tənəffüs çatışmazlığı, plevranın empieması, bronxopnevmotorakal fistullar)

2. Tənəffüs orqanlarının anadangəlmə anomaliyaları (polikistoz, mukovissidoz və s.)

3. Mədə və onikibarmaq xorası kəskinləşmə dövründə
4. Mədə-bağırsaq yollarının, qaraciyər və ödçıxarıcı yolların nəzərə çarpacaq funksional pozğunluqları ilə gedən xəstəlikləri, patoloji halları və inkişaf qüsurları (qaraciyərin sirrozu, xronik aktivləşən hepatit, qeyri-spesifik xoralı kolit, fenilketonuriya və s.)

5. Ürəkdə və böyük damarlarda aparılan cərrahi əməliyyatdan sonrakı hallar

6. Ürək keçiriciliyinin və ritminin pozulması (tam köndələn atrioventrikulyar blokada, sinus düyünün zəifliyi sindromu, sinoaurikulyar blokada, II-III dərəcəli tam olmayan atrioventrikulyar blokada)

7. Birləşdirici toxumanın diffuz xəstəlikləri
8. Xronik böyrək çatışmazlığı
9. İrsi nefropatiyalar (tubulopatiyalar, irsi nefrit)
10. Anadangəlmə immun çatışmazlıq sindromları

11. Qazanılma immun çatışmazlığı sindromu olan xəstələr və insan immun çatışmazlığı virusu ilə yoluxanlar(diaqnozların klinik-laborator tədqiqi)

12. Hemorragik vaskulit (xəstəliyin uzun sürən, aramsız residiv verən xronik variantları)

13. Qanın anadangəlmə və irsi xəstəlikləri (talassemiya, oraqvari hüceyrə anemiyası, qeyri-fermentar hemolitik anemiya, irsi mikrosferositar hemolitik anemiya və digər nadir təsadüf edən hemolitik anemiyalar)

14. Leykozlar
15. Limfoqranulomatoz
16. Histiositozlar (Hend-Şüller-Krisçen, Lettere-Zive, Taratınov)

17. Toplanma xəstəlikləri (Qoşe, Niman-Pik, Landinq, Volment, Tandasir)

18. Qan yaranmanın anadan gəlmə və ya qazanılmış hipoplastik və aplastik vəziyyətləri

19. Koaqulopatiyalar (Hemofiliya, Villebrand xəstəliyi)

20. Trombsitopenik purpura (xəstəliyin xronik, fasiləsiz residiv verən, kəskin nəzərə çarpan hemorragik sindrom və trombositopeniya ilə gedişi- Periferik qanda trombositlərin miqdarının 80,0 10q/l və az olması
21. İtsenko-Kuşinq xəstəliyi

22. Böyrəküstü vəzilərin xronik çatışmazlığı (əvəzedici terapiya fonunda inkişaf edən Addison krizləri)

23. Anadangəlmə və qazanılma hipotireoz

24. Cərrahi əməliyyatdan sonra əmələ gəlmiş hipoparatireoz

25. Qarın yatalağı və paratiflər
26. Botulizm
27. Vərəm meningiti
28. Şizofreniya

29. Müxtəlif mənşəli psixozlar (sarışan hallar)

30. Nevrozlar və nevrozabənzər hallar (ağır formada), dekompensasiya stadiyasında olan reaktiv hallar, isteriya (kəkələmələrlə)

31. Müxtəlif mənşəli nəzərə çarpan ensefalo-astenik əlamətlər
32. Psixopatiyalar, psixopatiyayabənzər əlamətlər (kəskin dövrdə)

33. Mərkəzi və periferik sinir sisteminin üzvi xəstəlikləri nəticəsində baş verən hərəki və hissi pozğunluqlar (süst və spastik ifliclər), beyin şişləri və beyində aparılan cərrahi əməliyyatlar

34. Epilepsiya

35. Kəllə-beyin travmaları

36. Kəllə-beyin travmalarından sonra qalıq əlamətlər

37. Kəllə, fəqərə və gövdə sümüklərinin sınıqları

38. Yayılmış ekzema və yayılmış neyrodermit

39. Total alopesiya (total keçəllik)

40. Görmə üzvünün iltihabi xəstəlikləri:

a) residiv verən keratitlər, buynuz qişanın distrofiyaları, görmə itiliyinin hər iki gözdə 0,08 qədər azalması ilə

b) bahar katarının fəsadlaşmış forması, görmə itiliyinin hər iki gözdə 0,08 qədər azalması ilə

41. Miopatiya, anadangəlmə və irsi mənşəli torzion distoniya və digər davamlı hipergenetik sindromlar zamanı dayaq-hərəkət aparatının funksiyasının pozulması

42. Uşaq serebral iflici

43. Anusun arteziyası nəcis saxlaya bilməməklə (enkoprez)

44. Müxtəlif xəstəliklər zamanı aşağı ətrafların iflici

45. Koksit gips sarğısında olarkən dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri (xroniki ostiomielit, sümük - oynaq vərəmi)

AzNews.az