Məktəb direktoru istefa ərizəsi yazdı

"Qafqazinfo"ya daxil olan məlumata görə, iki gün əvvəl Hövsan qəsəbəsində yerləşən 270 saylı orta məktəbin direktoru Talıb Rəhimov işdən çıxarılıb.

Direktorun işdən çıxarılmasına səbəb isə birinci sinifə şagird qəbul edərkən valideyndən 100 manat tələb etməsi olub. Bu faktdan xəbər tutan Təhsil Nazirliyi direktoru işdən qovub.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə AzNews.az-a bildirilib ki, direktor öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

AzNews.az