Ağdam RİH-dəki bu dəyişikliyin səbəbləri bəlli deyil Ağdam RİH-dəki bu dəyişikliyin səbəbləri bəlli deyil

Nizami Sadıqov müavinini işdən çıxartdı – ÖZƏL

Ağdam RİH-dəki bu dəyişikliyin səbəbləri bəlli deyil



AzNews.az-a daxil olan məlumata görə, Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov təhsil və səhiyyə üzrə müavini Rövşən Hüseynovu tutduğu vəzifədən azad edib.

Əldə etdiyimiz məlumata görə, müavinin vəzifəsindən uzaqlaşdırılmasına səbəb icra başçısıyla aralarında olan narazılıqdır. Amma ərizəsi alınan müavinin tutduğu vəzifədən uzaqlaşdırılmasının konkret səbəbləri göstərilməyib.

Bildirək ki, bununla bağlı əməkdaşımız Ağdam RİH-lə əlaqə saxlayıb. Rayon icra başçısının köməkçisi Eldəniz Abdullayev AzNews.az-a açıqlamasında müavinin işdən çıxarılması ilə bağlı yalnız bunları deyib: "Rövşən müəllim müalicədədir. Ona görə Bakıya gedib".

Ruhiyyə
AzNews.az