“Azərbaycan dindarları hər zaman İlham Əliyevin yanındadırlar və yanında da olacaqlar” “Azərbaycan dindarları hər zaman İlham Əliyevin yanındadırlar və yanında da olacaqlar”

“Dindarlar İlham Əliyevi dəstəkləyəcəklər”

“Azərbaycan dindarları hər zaman İlham Əliyevin yanındadırlar və yanında da olacaqlar”



Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Şamaxı Cümə məscidinin açılışında bildirib.

Allahşükür Paşazadə ölkəmizdəki dini durumla bağlı məsələyə toxunaraq ölkə başçısının və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlərdən danışıb:

"Heydər Əliyevin ilk sərəncamlarından biri ateizm dövründə şəhid edilmiş Bibiheybət məscidinin bərpası haqqında oldu. Məscidin bünövrəsinin qoyulması mərasimində etdiyi çıxışında o demişdir ki, biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar. Həyat Ulu Öndərin uzaqgörənliyini bu sahədə də sübut etdi. Bu uzaqgörənlik, əminlik onun əsasını qoyduğu yolun düzgünlüyündən, Allaha xoş gedən əməllərindən qaynaqlanırdı.
Böyük səadətdir ki, Heydər Əliyevin Bibiheybətdən başlatdığı dini-mənəvi irsin dirçəldilməsi yolu İlham Əliyevin timsalında Təzəpirdən, Əjdərbəydən, Gəncə İmamzadəsindən, bu yaxınlarda isə Sumqayıtdan keçərək bu gün bizləri qədim Şirvan elində Azərbaycanın qədim məscidinin yenidən qurulmuş gözəl binasının açılış mərasimində bir araya gətirmişdir.
Şamaxı Cümə məscidi tariximizdə önəmli yerə malik, əsrlərin yadigarı olan ibadət məkanıdır. Bu məscid Azərbaycan dövlətçiliyinin şanlı dövrləri ilə yanaşı, ağır məqamlarına da şahidlik etmişdir. Bu məsciddə indiyədək dinc Şamaxı əhalisinə qarşı qırğın törətmiş erməni silahlılarının atdığı güllələrin izi qalır. Allah evinə sığınmış insanları məhv etmək məramı ilə 1918-ci ildə erməni daşnakları tərəfindən yandırılmış bu məscid xalqımıza qarşı soyqırımının, erməni terrorunun qurbanı olmuşdur. Bu gün bu məscidin yenilənmiş daha da əzəmətli binası bizim milli şüur və ənənələrimizin dirçəlişi, iqtisadi və mənəvi qələbəmizin rəmzlərindən birinə çevrilir. Bu müqəddəs məkanda Azərbaycanın müstəqilliyi və Qarabağ uğrunda şəhid olanların, habelə erməni ekstremistləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı qurbanlarının xatirəsini anaraq, Allahdan onlara rəhmət diləyirik.


Fəxrlə deyə bilərəm ki, dövlətimizin başçı İlham Əliyevin müdrik siyasəti, xalqımızın milli mənəvi dəyərlərinə, dini irsimizə ehtiramlı münasibəti sayəsində Azərbaycanda həm müsəlman, həm də digər dini icmaların fəaliyyəti ən yüksək səviyyədə dəstəklənir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində, ibadət məkanlarının inşası, təmir və yenidən qurulması sahəsində müvafiq addımlar atılır. Bütün bunlar Azərbaycanda mövcud tolerantlığın daha da dərinləşdirilməsinə şərait yaradır. Ulu öndər Heydər Əliyevin irsini yaşadan Fondun fəaliyyəti, Mehriban xanımın səyləri sayəsində Azərbaycan mədəniyyətlərarası dialoq işinə böyük töhfələr verir.
İlham Əliyev həzrətləri Azərbaycanın müqəddəs ocaqlarına qayğısı, milli mənəvi dəyərlərə yeni həyat bəxş etməsi ilə misilsiz işlər görür. Mən, şeyxülislam olaraq, bu fəaliyyəti çox yüksək dəyərləndirir, Uca Allahdan ona böyük uğurlar diləyir və bütün Qafqaz müsəlmanları, dindarlar adından Zati-alilərinə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan dindarları hər zaman İlham Əliyevin yanındadırlar və hər zaman da yanında olacaqlar"-deyə A.Paşazadə çıxışında bildirib.

AzNews.az