TQDK 10 şagirdin imtahan nəticələrini ləğv etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-ci il mayın 19-da rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirib.

İmtahan bütün binalarda 13:00-da başlanmış və 45 dəqiqə ərzində aparılıb. İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarət edilib.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 10 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və sual kitapçalarını dəyişdikləri üçün imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Elnarə Əlosmanqızı
AzNews.az