ONLAR SABAH BAKIDA OLACAQ ONLAR SABAH BAKIDA OLACAQ

Xalidə Xalid Bakıya Şeyxlə qayıdacaq - Dəqiq vaxt-Özəl

ONLAR SABAH BAKIDA OLACAQ



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov sabah Bakıda olacaq. Bu barədə AZNEWS.AZ AMEA Ədəbiyyat İnstitutundan məlumat verilib.
Bildirilib ki, o, İranda səfərdə olan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə qayıdacaq.

Xatırladaq ki, Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Mayın 18-də QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfərindən sonra isə azadlığa buraxılıblar.

Ruhiyyə
AzNews.az