Dövlət başçılarından İlham Əliyevə Təbrik

Bir sıra ölkələrin dövlət başçıları Prezident İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qaukdan:

"Respublika Günü münasibətilə Sizə və xalqınıza həm öz adımdan, həm də xalqımın adından səmimi təbriklərimi çatdırıram.
Almaniya-Azərbaycan münasibətləri ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 ildən artıq müddət ərzində bir çox sahələrdə birgə maraqlar və qarşılıqlı ehtiram zəminində daha da genişlənmiş və inkişaf etmişdir. Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində Almaniyanın və Avropanın ən vacib tərəfdaşıdır.
Almaniya Azərbaycanı demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğu və Avropaya inteqrasiya yolunda gələcəkdə də qəti surətdə dəstəkləyəcəkdir. Bütün siyasi məsələlərdə tərəfdaşlar arasında açıq dialoqun aparılmasını vacib hesab edirik.
Sizə uğurlar, habelə Azərbaycan xalqına parlaq gələcək, sülh, tərəqqi və firavanlıq arzu edirəm".

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuddan:

"Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik".

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq mənə xoşdur.

Fürsətdən istifadə edərək Sizə cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək arzu edirəm".

AzNews.az