- Köhnə - Cəmiyyət
- 24 May 2013 16:48
- 1 846
Prezident MM-ə təqdimat göndərib - Fərhad Abdullayevlə bağlı
MM-dən APA-ya verilən məlumata görə, bu təqdimat əsasında F. Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilməsi barədə layihə növbəti plenar iclasda müzakirə olunacaq.
"Konstitusiya Məhkəməsi haqqında" qanuna edilən son düzəlişlərdən sonra Konstitusiya Məhkəməsinə sədr bu dəfə 15 illik seçiləcək. Düzəlişlərə qədər isə sədrin 10 ildən bir seçilməsi nəzərdə tutulurdu.
F. Abdullayev qanunun bundan əvvəl qüvvədə olan variantına əsasən, 25 iyun 2003-cü ildə seçildiyi üçün səlahiyyət müddəti bu il iyunun 25-də bitir. Bununla bağlı Azərbaycan prezidenti onun təkrarən Konstitusiya Məhkəməsinin sədri seçilməsi ilə bağlı namizədliyi barədə layihəni parlamentə təqdim edib.
AzNews.az