Uşaqlar Sahil bağına toplaşacaq

1 iyun - Uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı Sahil bağında kütləvi tədbir təşkil ediləcək

Uşaq Hüquqları üzrə QHT Alyansı tərəfindən keçiriləcək tədbirə Səbail rayon İcra Hakimiyyəti və "Dünyaya Baxış" (World Vision) Təşkilatı da dəstək verir.

Tədbirdə Alyansa üzv olan QHT-lərin üzvlərinin əl işlərinin sərgisi, musiqi nömrələrinin təqdimatı, idman bacarıqlarının nümayişi, rəsm işlərinin nümayişi nəzərdə tutulur.


Elnarə
AzNews.az