Avropa Birliyinin komissarı Azərbaycana gələcək

İyunun 7-də Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycana səfər edəcək. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, səfər zamanı G.Ottinger bir sıra rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə Azərbaycanla Avropa Birliyi arasında energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

AzNews.az