Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planının müzakirəsinə həsr olunmuş iclas keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planının müzakirəsinə həsr olunmuş iclas keçirilib.

AMEA-nın televiziyası yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planının müzakirəsinə həsr olunmuş iclas keçirilib.




AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı çərçivəsində görüləcək işlərin yekunlaşdırılması üçün zəruri tədbirlər həyata keçirilməlidir.

İclasda AMEA RH-in Mərkəzi Aparatının kompüter avadanlıqlarının və şəbəkə infrastrukturunun yenidən qurulması, RH-ın struktur bölmələrinin fəaliyyətinin İT əsasında yenidən qurulması, elektron sənəd dövriyyəsi sisteminin işlənməsi, www.science.gov.az veb-portalının yenidən qurulması, AMEA-nın korporativ üslubunun yaradılması (loqotip, rəsmi blank, buklet, qapı lövhələri, vizit kartlar və digər atributlar), AMEA-nın "ElmTV" İnternet televiziya kanalının yaradılması, AMEA institut və təşkilatlarının dövri elmi nəşrlərinin analizi, AMEA RH-in hüquqi təminat şöbəsinin informasiya analitik sisteminin yaradılması məsələləri müzakirə edilib.


AzNews.az