Uşaq intiharının səbəbləri- açıqlama

Dövlət Komitəsinin sədri uşaqların intihar etmələrinin əsas səbəblərini açıqlayıb



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova son vaxtlar uşaqlar arasında intihar hallarının artması barədə məlumatlara münasibət bildirib.

APA-nın xəbərinə görə, Komitə sədri deyib ki, intihar hallarının artması fikri ilə razı deyil: "Sadəcə, hazırda baş verən hadisələr barədə daha geniş formatda informasiyalar çatdırılır. Əvvəllər də belə hadisələr olurdu, lakin bu barədə informasiyalar verilmirdi, gizli qalırdı".

H. Hüseynovanın sözlərinə görə, AQUPDK tərəfindən baş vermiş bütün intihar halları araşdırılır: "İntihar halları daha çox məişət zorakılığı, ya da qızların erkən ərə verilməsi problemi ilə bağlıdır. Komitə belə halların çox qeydə alındığı rayonlarda uşaqlarla işi daha da gücləndirir".

AzNews.az