Nazir qəbul keçirəcək

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 12 iyun saat 10:00-da Ağcabədi şəhərində yerləşən Qarabağ Muğam Mərkəzində Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Tərtər, Bərdə, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Ağcabədi Şəhər İcra Nümayəndəliyi ilə əlaqə saxlamaları (ünvan: Ağcabədi şəhəri, Faiq Əli-zadə küçəsi 19, əlaqə tel: 021-27-5-02-24, 050-522-85-13, 050-579-74-79, 070-579-74-79 ) xahiş olunur.

AzNews.az