TQDK iyun ayının 2-də buraxılış imtahanları keçirib TQDK iyun ayının 2-də buraxılış imtahanları keçirib

TQDK bəzi şagirdləri imtahandan xaric edib

TQDK iyun ayının 2-də buraxılış imtahanları keçirib



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı, Sumqayıt şəhərlərində vəAbşeron rayonunda orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Həmin gün eyni zamanda Gəncə, Mingəçevir, Lənkəran şəhərlərində, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala rayonlarında rus bölməsi üzrə buraxılış siniflərində təhsil alan şagirdlər də buraxılış imtahanı veriblər.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanmış və 2 saat ərzində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib.

Bütün binalarda imtahanlar təlimata uyğun şəkildə keçirilmiş, şagirdlərə öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.

İlkin məlumatlara əsasən imtahan prosesində bəzi şagirdlər müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.


Elnarə
AzNews.az