“Baş verən hadisələr Azərbaycanda hər kəsdə ciddi narahatçılıq doğurur” “Baş verən hadisələr Azərbaycanda hər kəsdə ciddi narahatçılıq doğurur”

YAP-çı deputatdan Türkiyə çağırışı

“Baş verən hadisələr Azərbaycanda hər kəsdə ciddi narahatçılıq doğurur”



"Son bir-iki gündə Türkiyədə baş verən hadisələr Azərbaycanda hər bir kəsdə ciddi narahatçılıq doğurur. Taksim meydanında olan olaylar və sonradan ayı-ayrı şəhərlərdəki aksiyalar daima diqqətdədir".

AzNews.az-ın məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, bu məsələlərdə onlar ümumən Türkiyənin tərəfindədirlər:

"Daxili məsələləri bu qüdrətli dövlət özü həll etmək və ən düzgün yolu seçmək iqtidarındadır. Tarixən müdrik türk cəmiyyəti həmişə ortaya çıxan problemləri itkisiz və uzunmüddətli dövr üçün həll edə bilib".

A.Mirzəzadə Türkiyəyə çağırış edərək, "Türkiyə, qardaşımız, bütün zamanlarda səninləyik!" deyib: "Biz səni həmişəki kimi güclü, nüfuzlu və qüdrətli görmək istəyirik. Sənin buna gücün var, sən bunu bacarırsan. Sənin qüdrətin təksə sənə yox, bütün Şərqə, islam aləminə, bütün dünyaya lazımdır. Dəyərli oğulların bu dəfə də üzərilərinə düşən vəzifələri həll edə biləcəklər".

Anar
AzNews.az