“Mənim və ailəmin həyatı təhlükədədir“

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı təhdid olunur.

Bu barədə "Azadlıq"a onun özü məlumat verib. Fuad Qəhrəmanlının sözlərinə görə, 2 gündür ki, elektron poçt ünvanına təhdid məktubları göndərilir:

"Yazırlar ki, 2 gün ərzində siyasətdən getməsən və ölkəni tərk etməsən özün də ailən də məhv ediləcəksən. Özü də xüsusi vurğulayırlar ki, bu adi hədə deyil. Bu hədə oliqarxların biri adı ilə edilir. Amma məktubda ad yazmayıblar".

Fuad Qəhrəmanlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Bu məsələ ciddi araşdırılmalıdır. Çünki mənim və ailəmin həyatı təhlükədədir".

AzNews.az