Monitorinqlər Bakıda və ölkənin bir neçə rayonunda həyata keçirilib Monitorinqlər Bakıda və ölkənin bir neçə rayonunda həyata keçirilib

İqtisadi İnkişaf Nazirliyi ölkəboyu zay məhsul ovuna çıxdı

Monitorinqlər Bakıda və ölkənin bir neçə rayonunda həyata keçirilib



İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfi keyfiyyətsiz ərzaq məhsullarının aşkarlanaraq, məhv edilməsi ilə bağlı yeni monitorinqlər keçirib.

AzNews.az-ın nazirliyin saytına istinadən məlumatına görə, monitorinqlər Bakıda və ölkənin digər bir neçə bölgəsində həyata keçirilib.

Monitorinqlərə əsasən,

Bakının Səbail rayonunda
- Q.Abbasov küçəsi, ev 22 ünvanında Xanım Mustafayevaya məxsus mağazada;

Suraxanı rayonunda
- Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 6 ünvanında Zahid Məmmədova məxsus "Zahidoğlu" mağazasında;
- Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 8 A ünvanında Mirzə Quliyevə məxsus mağazada;

Binəqədi rayonunda
- S.Bəhlulzadə küçəsi, ev 23 ünvanında Ceyhun Əzizova məxsus "Dərnəgül" mağazasında;

Bakının Suraxanı rayonunda
- Zığ-Hövsan şosesi, 1 saylı bağ sahəsində Qara Əliyevə məxsus mağazada;
- Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 4 ünvanında Nail Məmmədova məxsus "Yaşıl" mağazasında;
- Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 3 ünvanında Elçin Məmiyevə məxsus "Bizim market" mağazasında;

Nərimanov rayonunda
- Ə.Qayıbov küçəsi, ev 10C ünvanında "Matrix-M" MMC-yə məxsus ticarət obyektində;

Səbail rayonunda
- Mətbuat prospekti, ev 2B ünvanında Qismət Hüseynova məxsus mağazada;

Binəqədi rayonunda
- 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 61 ünvanında Ceyhun Ağasoya məxsus "Kalva" mağazasında;

Nəsimi rayonunda
- 28 May küçəsi, ev 50 ünvanında İradə Muradovaya məxsus "Mətin" mağazalarda keyfiyyətsiz ərzaq məhsulları aşkarlanıb.

Həmçinin,

Sumqayıt şəhərində
- 45-ci məhəllə, C.Cabbarlı küçəsində Sevinc Mirzəyevaya məxsus "Ramiz" mağazasında;

Gəncə şəhərində
- M.A.Əliyev küçəsi, ev 55 ünvanında Rasim İsfəndiyarova məxsus mağazada;
- Eminbəyli küçəsində Kəmalə Atakişiyevaya məxsus mağazada;
- Təbriz küçəsi, ev 2 ünvanında Çingiz İsmayılova məxsus mağazada;

Kürdəmir rayonunda
- Kürdəmir şəhəri, X.İ.İslamzadə küçəsində Polad Səmədova məxsus mağazada;
- Kürdəmir şəhəri, Babək küçəsində Bəkir Mahmudova məxsus mağazada;
- Atakişili kəndində Natiq Xanəliyevə məxsus mağazada;

Xaçmaz şəhərində
- S.Qurbanov küçəsində Nəzakət Tarıquliyevaya məxsus mağazada;
- 20 Yanvar küçəsində Kamran Məmmədova məxsus mağazada;
- N.Nərimanov küçəsində Arif Hacıbabayevə məxsus mağazada;

Lənkəran şəhərində
- H.Abdullayev küçəsində Zaur İbrahimova məxsus mağazada da saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.

Ümumilikdə, monitorinqlər zamanı 650 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Anar
AzNews.az