Gənclərə ipoteka ilə bağlı şad xəbər

"Gənclər üçün ipoteka kreditlərinin aşağı faizlərlə və ilkin ödənişsiz olması nəzərdən keçirilir".

Bunu Şirvanda vətəndaşları qəbul edən gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən 35 yaşına qədər olan gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsinə baxılır:

"Növbəti sosial ipoteka kreditlərinin aşağı faizlərlə və ilkin ödənişsiz olması nəzərdən keçirilir və düşünürəm ki, bu məsələ öz həllini tapacaq".//apa//

AzNews.az