“Avtobus sürücülərinə etika kursları keçirilməlidir“ - VİDEO

Yollarda qəzaların say çoxluğu sürücülərin peşəkarlığının aşağı səviyyədə olmasından, yol hərəkəti qaydalarını bilməmələrindən və son vaxtlar artan templə müşayiət olunan sürücü mədəniyyətinin yoxluğundan xəbər verir.

Son vaxtlar avtobusların iştirakı ilə baş verən yol qəzalarının sayının artması və qəzaya səbəbkar, məhz, avtobus sürücülərinin olması bu istiqamətdə ciddi tədbirlərin görülməsinə ehtiyac yaradır. Cərimələrin sərtləşdirilməsi ilə avtobus qəzalarının sayının azaltmağın mümkün olmadığını hesab edən millət vəkili Elmira Axundova avtobus sürücülərinə 6 aylıq sürücülük və etika kurslarının keçirilməsini təklif edir və yalnız bu kursları bitirib sertifikat alan şəxslərə ictimai nəqliyyatda işləməyə icazə verilsin.

Millət vəkili həmçinin sürücülük kursları ilə yanaşı, sərnişindaşımada işləmək istəyənlərə etika kurslarının keçirilməsinin vacibliyini də vurğulayır.

Paytaxt sakinləri də avtobus sürücülərinə çoxdan etika kurslarının keçirilməsinin vacib olduğunu düşünür.

Bəs görəsən avtobus sürücüləri kurs keçməyə ehtiyac duyurlarmı?

Alınan cavablardan belə məlum olub ki, avtobus sürücüləri də onlara etika və sürücülük kurslarının keçirilməsinə maraqlıdırlar. Necə olmasa, onlar da qurunun oduna yaşın yanmasını istəmirlər.//anspress//



AzNews.az