“Monserrat Kabalyenin Dağlıq Qarabağa səfəri biabrçılıqdır“

“Onu pulla ələ alıblar”



Xalq artisti Fidan Qasımova məşhur opera ifaçısı Monserrat Kabalyenin Dağlıq Qarabağa səfəri haqda danışıb.

Xalq artisti açıqlamasında bildirib ki, onunla şəxsi tanışlığı olmasa da, iyirmi il öncə konsertində iştirak edib:

"Onun bu səfəri biabırçılıqdır. Monserrat Kabalye məşhur sopranodur, bir neçə il əvvəl Azərbaycana gəlmişdi, onu çox gözəl qarşılamışdılar. Bakıda da master-klas keçib. O Ermənistan dövlətinin Azərbaycana qarşı münasibətini də çox yaxşı bilirdi. Belə insanlar sülh tərəfdarı olmalıdırlar".
F.Qasımova hesab edir ki, Kabalyenin səfərinin pərdəarxasında başqa məqamlar dayanır:

"Bu yaxınlarda oxudum ki, Kabalyenin maddi durumu pisdir. Çox güman ki, onu pulla ələ alıblar. Həm də yaşla əlaqədardır, nə etdiyin bilmir. Sənətkar getdiyi ölkənin tarixini billməlidir". Qeyd edək ki, Kabalye Qaraba]a səfər çərçivəsində oradakı separatçı rejimin rəhbəri Bako Saakyanla da görüşüb.//modern//

AzNews.az