SABİQ NAZİRİN VƏZİYYƏTİ AĞIRLAŞIB SABİQ NAZİRİN VƏZİYYƏTİ AĞIRLAŞIB

Fərhad Əliyev ailəsi ilə görüşməkdən imtina edib – ÖZƏL

SABİQ NAZİRİN VƏZİYYƏTİ AĞIRLAŞIB



2 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəziyyəti pisləşib.

Bu barədə AzNews.az-a keçmiş nazirin ailəsinə yaxın şəxslərdən məlumat daxil olub. Məlumatda bildirilir ki, F.Əliyevin səhhəti hazırda qənaətbəxş deyil.

Mənbənin sözlərin görə, sabiq nazir ötən ay ailəsi ilə görüşməkdən də imtina edib. Buna səbəb kimi isə onun səhhətindəki problemlərin ciddiliyi göstərilir. Eks-nazirin ailəsinin onu ağır durumda, əldən düşmüş halda görməsini istəmədiyi üçün onlarla görüşdən imtina etdiyi bildirilir.

Məsələ ilə bağlı F.Əliyevin vəkili Elton Quliyevlə əlaqə saxladıq. Vəkil AzNews.az-a açıqlamasında bildirdi ki, o, çoxdandır, Fərhad Əliyevlə görüşmür: "Onun necə olduğu barədə, ailə üzvləri ilə görüşüb-görüşmədiyi haqqında bir məlumatım yoxdur".

E.Quliyevin sözlərinə görə, o, hələ də sabiq nazirin vəkilidir, ancaq hazırda aktiv vəkillik üçün heç bir iş olmadığı üçün F.Əliyevlə görüşə getmir. Vəkil bildirib ki, F. Əliyevin səhhətində hələ o həbs edilməmişdən əvvəl ciddi problemlər var idi və həbsdəki 8 il ərzində həmin problemlərin aradan qalxması mümkün deyil.

Elnarə
AzNews.az