Sabah Mustafa Hacıbəylinin şikayətinə baxılacaq

Abşeron Rayon Məhkəməsinin Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli ilə bağlı qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə verilən şikayətə iyunun 6-da baxılacaq. Məlumatı "Media forum"a vəkil Nemət Kərimli verib.

Vəkil bildirib ki, iyunun 5-də Abşeron Rayon Polis Şöbəsinin təcridxanasında saxlanan Mustafa Hacıbəyli ilə görüşüb: "Mustafa bəy yaxşıdır. Səhhətindən heç bir şikayəti yoxdur".

Mustafa Hacıbəyli mayın 28-də Bakının Novxanı kəndində keçirilən bayram mitinqində tutulub. Abşeron Rayon Məhkəməsi Mustafa Hacıbəylini 15 sutka müddətinə azadlıqdan məhrum edib. O, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə xırda xuliqanlıqda təqsirli bilinib.

AzNews.az