Azərbaycanlı ustaların əl işi 34 milyon dollara satıldı

Dünyanın ən bahalı xalçası İran xalçası adı ilə satışa çıxarılan, azərbaycanlı ustaların əl işi olan XVII əsrə aid xalça olub.




"Sotheby`s" hərrac evində keçirilən hərracda bu xalça rekord qiymətə - 33,7 milyon dollara satılıb.

Hərracda son qiyməti edən şəxs telefon vasitəsilə əlaqə saxlayıb. Anonim alıcının kim olduğu ilə bağlı təxminlər olsa da hələlik heç bir mətbuat orqanı öz təxminlərini paylaşmağa çalışmır.
Hərrac evinin baş məsləhətçisi Mari Jo Otsi qiymətin onları da heyrətləndirdiyini bildirib: "bizim təxminlərimizə görə qiymət 10 milyondan 15 milyon qədər yüksələ bilərdi. Ancaq bu qədər olacağını gözləmirdik".

Bundan əvvəl xalça Vaşinqtonlu maqnat Ulyam Klark tərəfindən 20-ci əsrin əvvəllərində Amerikanın "Corcoran Gallery of Art" muzeyinə verilmişdi.

Elnarə
AzNews.az