N!DA-çının məhkəməsi olacaq

Bu gün Bakı Apelyasiya Məhkəməsində N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin həbsdə olan üzvü Rəşad Həsənovun məhkəməsi olacaq.

Bu barədə AzNews.az-a hərəkatın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, apelyasiya şikayəti Nəsimi rayon Məhkəməsinin R.Həsənov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin artırılması qərarından verilib.

Məhkəmə prosesi saat 15:00-da keçiriləcək.

Qeyd edək ki, R.Həsənov Cinayət Məcəlləsinin 228.3-ci (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) maddəsilə ittiham edilir.

Anar
AzNews.az