Statistika Komitəsi nəqliyyat daşımalarındakı qiymət artımlarını açıqladı

2013-cü ilin may ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə eyni səviyyədə qalıb.

Bu barədə AzNews.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 6,7 faiz, yerli əlaqə üzrə 3,5 faiz, idxal üzrə 1,3 faiz, tranzit üzrə 1,1 faiz, sərnişindaşıma tarifləri isə beynəlxalq əlaqə üzrə 6,0 faiz ucuzlaşıb.

Hava nəqliyyatında digər xarici ölkələrə sərnişindaşıma tarifləri 0,4 faiz ucuzlaşıb, MDB ölkələrinə isə 1,3 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4 faiz ucuzlaşıb.

Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 8,4 faiz bahalaşıb.

Rabitə sahəsində internet xidmətlərinin tarif indeksi 0,2 faiz bahalaşıb.

Anar
AzNews.az