ÜST İcraiyyə Komitəsinin birinci vitse-prezidenti seçildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 133-cü qısa sessiyasında Azərbaycan birinci vitse-prezident vəzifəsinə yekdilliklə qəbul edilib.

AzNews.az Səhiyyə Nazirliyinin saytına istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 133-cü qısa sessiyasında Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib.

Bu tədbirin yenidən təsdiq olunmuş gündəliyinə ÜST baş direktoru M. Çanın hesabatı, regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, ÜST islahatları, Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasının qətnamələri, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, Beynəlxalq Səhiyyə Qaydaları, maliyyə məsələləri, ÜST təşkilatında idarəçilik və digər məsələlər daxil edilib.

İsveçrə Konfederasiyasının qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatının daxili təftiş qaydalarının dəyişdirilməsinə dair Büroya Azərbaycan da seçilmişdir. Büronun ilk iclasında ÜST Maliyyə Departamentinin və müstəqil maliyyə ekspertlərinin xülasəsi dinlənilib.

İcraiyyə Komitəsinə səlahiyyətli nümayəndələrin seçkiləri zamanı Avstraliyaya prezidentlik, Azərbaycana isə birinci vitse-prezident vəzifəsi yekdilliklə qəbul edilib.

AzNews.az