Müxalifətə məxsus daha bir qrup yoxa çıxdı

Facebookda qrupların müəmmalı yoxa çıxması davam edir.


Bir neçə gündür ki, ölkənin əsas müzakirələrindən birinə çevrilən məşhur Facebook qruplarının nə səbəbə qapadılması hələ ki, məlum deyil.

Qrupların qəfildən yoxa çıxma səbəbi aktiv istifadəçilərlə yanaşı, adminlərə də qaranlıqdır. Bağlanan qruplar arasında müxalifətə məxsus olan "Xilas", "İstefa", hökumətyönlü "Prezidentə dəstək – 2013", "Azərbaycana baxış", "Azərbaycan 2013- Qələbə" də var.

AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün isə müxalifətin daha bir qrupu "ET" qapadılıb. Xatırladaq ki, "ET" "İstefa"nın yerinə yaradılıb və dünəndən müxalifətin əsas tribunasına çevrilmişdi.

AzNews.az