Oqtay Əsədov sabah Türkiyəyə gedir

Milli Məclisin mətbuat xidmətindən Modern-az-a verilən məlumata görə, parlamentin sədri Oqtay Əsədov sabah Türkdilli ölkələrin Parlament Assambleyasının 4-cü sessiyasında iştirak etmək üçün bu ölkəyə yola düşür.

Xatırladaq ki, Milli Məclisin spikeri bundan əvvəl Belçikada səfərdə olub və dünən bu rəsmi səfər başa çatıb.

AzNews.az