Azərbaycanda “mavilər“in nikahı mümkündür?

"Əgər beynəlxalq sənədlərdən, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan çıxış edərək fikir söyləsən, o zaman cinsi azlıqların bütün hüquqları - toplaşmaq azadlığı, təhlükəsizlik və yaşamaq hüquqları təmin olunmalıdır".

AzNews.az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə "Эхо" qəzetinə Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova bildirib.

"Lakin dini və adət-ənənələri nəzərə aldıqda, bizim cəmiyyətdə cinsi azlıqlara qeyri-ordinar münasibət var. Bu cür insanlar cəmiyyətdə, təhsil müəssisələrində və ya iş yerlərində problemlərlə üzləşə bilərlər. Bu səbəbdən ölkəmizdə eyni cinslilərin nikahları məsələsini qaldırmaq hələ tezdir. Eyni cinsli cütlüklərin uşaq övladlığa götürməsi məsələsi də tezdir. Bu hüquqi cəhətdən də mümkün deyil.

Çünki Azərbaycan qanunvericiliyində "eynicinsli nikah" termini yoxdur. Bu barədə danışmaq üçün cəmiyyəti kifayət qədər məlumatlandırmaq və tərbiyələndirmək lazımdır. Əgər indi eynicinsli nikah məsələsi qaldırılsa, daha çox aqressiya olar", - o əlavə edib.

AzNews.az