"Orada elə şeylər gözümə görünürdü ki..." "Orada elə şeylər gözümə görünürdü ki..."

“O səhnəni kaş ki, görəydiniz“- Xalidə Xalid

"Orada elə şeylər gözümə görünürdü ki..."



İki aya yaxın İranda həbsdə saxlanılan Milli Elmlər Akademiyasının elmi işçisi Xalidə Xalid ANS-ə eksklüziv müsahibə verib. O bu iki ayda yaşadıqlarından danışıb.

"Orada elə şeylər mənim gözümə görünürdü ki, mən şokda qalırdım ki, ilahi yəqin mən havalanıram. Amma sonradan anlayırdım ki, bu beyin pozuntusu deyil. Bu sadəcə Allahın bir nidasıdır, mənə gəlir ki, səbr et, döz. Bu tezliklə buraxılacağıma əmin deyildim. Səfirliyin nümayəndəliyinə təhvil verilənə qədər. Elə bildim yenə də sorğu-suala aparırlar. O səhnəni kaş ki, görəydiniz. Çünki mən istədim tam xəbərsiz gəlim. Sonra fikirləşdim ki, elə olsa, Allah uzaq etsin, uşaqlar şok keçirdə bilər. Əzizbəyov metrosuna yaxınlaşanda, mən zəng vurdum ki, Bakıdayam".




AzNews.az