İdris Heydərli İdris Heydərli

Dilin bəlası

İdris Heydərli

Dilin təfəkkürü olmayanda yalnız ağız danışar.

Azərbaycan rəsmi dili nədirsə, ağız dili də odur. Təfəkkür qidasını bir başqa qaynaqdan alanda bu təzad baş verir.

Azərbaycan təfəkkür dili uzun zaman rus dili olub.

Rusca düşünüb, azərbaycanca danışanlarla, azərbaycanca təfəkkür edib danışanlar hər gün TV-lərdə, ətrafımızda danışırlar.

Fərq budur ki, rusca düşünənlər özünüifadə çətinlyindən, azərbaycanca danışanlar isə özünüifadənin dayazlığından əziyyət çəkirlər.

Hər ikisi yaddır. Biri düşüncə olaraq, digəri isə düşüncəsiz olduğundan. Biri düşüncəni tərcümə edə bilmir, digəri ağız ilə düşünür.

Bu təzadlar içində "başa düşülmək" çətindir. "Başa düşmə"nin yolu aydın olmur bu qarşıdurmada.

"Yada düşmə", "başa düşmə" dəqiq ifadələrdir. İçinə baxsaq "çatdımı", "düşündürdümü" deməkdir. Bu qədər hərəkətli dili hərəkətsiz edib, öldürmüşük. İçini anlamadan şəkilini saxlamışıq. Bu şəkilləşmə dilimizi karikaturlaşdırıb.

Rəsmi bir şəxsin dili ilə meyxanaçının səsləndirdiyi dil eyni müstəvidə olduğundan Dil dalana dirənib. Hər ikisi düşünməyə qida verə bilmir. Hər ikisinin bəlası düşüncəsiz olmasındadır. Hər ikisi söz güləşdirər.

Hikmətini itirən dil "oxu"dan xəbərsiz dildir. "Oxu" dilinin kamilləşə bilməməsinin səbəbi isə Sürüdən gələnlərin söz sahibi olmasından yaranır. "Sürünün dili"ni isə bir çoban bilər.

Bir çoban möhtacı olmaq isə çobanın kefinə bağlıdır.
Müstəmləkələrdə çobanın kefi ilə açılan məktəblərə elitar məktəblər deyilər. O məktəblərin dili "… dili" olar

AzNews.az