- Köhnə - Cəmiyyət
- 10 İyun 2013 13:31
- 1 609
Həbsdəki müsavatçının şikayəti Fransada yoxa çıxdı
İyunun 10-da "Media forum" saytına danışan vəkil Nemət Kərimli deyib ki, şikayətdə Tofiq Yaqublu haqqında seçilmiş həbs qətimkan tədbirinin qanunsuz olduğu vurğulanır: "Şikayət mayın 7-də "Express" poçt xidməti ilə göndərilib və ayın 13-də Fransa gömrüyünə daxil olub. İyirmi gündən artıq idi ki, sənədlərdən xəbər yox idi. Bu gün isə "Express" poçt xidmətindən sənədlərin Fransa gömrüyündə itdiyini bildirdilər".
İsmayıllı hadisələrində günahlandırılan Tofiq Yaqublu bu il fevralın 4-dən həbsdədir.
AzNews.az