Yeni təyin olunan şəxsin adı niyə gizli saxlanılır? Yeni təyin olunan şəxsin adı niyə gizli saxlanılır?

AzTv-də kadr dəyişikliyi – Özəl

Yeni təyin olunan şəxsin adı niyə gizli saxlanılır?

Azərbaycan Televiziya və Radio Yayımları Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub. AzNews.az-a daxil olan xəbərdə bildirilir ki, qurumun Kadrlar Departamentinin rəisi vəzifəsindən azad olunub və həmin vəzifəyə indiyədək Milli Təhlükəsizlik Nazirliyində çalışmış şəxs gətirilib.

Əməkdaşımız Azərbaycan Televiziya və Radio Yayımları QSC ilə əlaqə saxlayaraq həmin şəxsin kimliyini öyrənməyə çalışıb. Qurumun mətbuat xidmətinin rəhbəri Xatirə Qasım AzNews.az-a bildirib ki, Azərbaycan Televiziya və Radio Yayımları QSC daxili təyinatlarla bağlı məlumat vermir:

"Lakin deyə bilərəm ki, Kadrlar Departamentinin rəhbərliyinə MTN-dən kadr gətirilməsi barədə deyilənlər yalandır. Hazırda Departamentə 1988-ci ildən AzTV-də çalışan və indiyədək Kadrlar Departamentinin rəis müavini işləyən şəxs rəhbərlik edir".

Ruhiyyə
Aznews.az