Milli Məclisdə müzakirə ediləcək məsələlər

İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

İclasın gündəliyinə 7 məsələ daxil edilib. Miqrasiya Məcəlləsi, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun üçüncü oxunuşda, "Gömrük tarifi haqqında" və "İctimai iştirakçılıq haqqında" qanunlar ikinci oxunuşda müzakirə olunacaq.

Milli Məclis İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər də edəcək.

AzNews.az