Komitə sədri açıq qəbul keçirəcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 15 iyun 2013-cü il tarixində, saat 14:00-da Zaqatala şəhərində, Rayon Mədəniyyət Evində vətəndaşlar üçün açıq qəbul keçirəcək.

Komitədən verilən məlumata görə, qəbulda Zaqatala ilə yanaşı, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. Əlaqə üçün: DQİDK-nın bölgə şöbə müdiri: Mehman İsmayılov Tel: (024) 225-32-23

AzNews.az