AYB adı ev qalmaqalında hallanan əməkdaşını müdafiə etdi

“Ayaz Vəfalının ev almağa da, ummağa da haqqı var…”
KİVDF-nin Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına jurnalistlər üçün tikdirdiyi binada ev üçün müraciət edənlərin siyahısında Azərbaycan Yazıçılar Birliyinin rəsmi orqanı olan "Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalının da var. Bununla belə yayılan məlumatlara görə, onun Bakıda - iki yerdə evi var.

Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlu isə bununla bağlı AzNews.az-a verdiyi açıqlamada bunları deyib: "Ayazın 3 otaqlı evi var. Amma həmin evdə 3 ailə yaşayır. Ev isə Ayazın oğlunun adınadır. O, qəzet redaktorudur. "Ədəbiyyat" qəzetində 1958-ci ildən işləyir. 55 il qəzetdə iş stajı var, təmannasız bir adamdır".

"Bəs, bu vaxta kimi Yazıçılar Birliyi onu niyə evlə təmin etməyib" sualına Ə.Əsgəroğunun cavabı belə oldu: "O, evlə bağlı birliyə müraciət etməyib. Əgər etsəydi, nəsə olardı. Onun ev almağa da, ummağa da haqqı var".

Bahar Rüstəmli
AzNews.az