Moskvada yaşayan iş adamı Bakıda TV açır

ARTIQ OFİS TUTULUB, ƏMƏKDAŞLAR CƏLB EDİLİR


İsveçin Malmö şəhərində "Bütöv Azərbaycan" Televiziyasını açan, Rusiyada yaşayan azərbaycanlı iş adamı Mirəşrəf Fətiyev Bakıda da fəaliyyət göstərmək niyyətindədir. AzNews.az-a daxil olan məlumata görə, "Bütöv Azərbycan" TV-nin Bakıda açılacaq nümayəndəliyi üçün artıq ofis icarəyə götürülüb. Nümayəndəliyin ofisi paytaxtın mərkəzi küçələrindən birində, Metronun 28 may stansiyasının yaxınlığında fəaliyyət göstərəcək.

Bununla yanaşı telekanalın Azərbaycan nümayəndəliyinə rəhbərlik edəcək şəxsin seçimi ilə bağlı də təkliflərə də baxılır. Lakin hələlik telekanal təsisçiləri nümayəndəliyə kimin rəhbərlik edəcəyini və kollektivdə çalışacaq əməkdaşları müəyyənləşdirməyib. Məlumata görə müxtəlif şəxslərin namizədliyinə baxılır və qərar yaxın zamanda qəbul olunacaq.

Qeyd edək ki, telekanalın Azərbaycan nümayəndəliyinin iyul ayında fəaliyyətə başlaması planlaşdırılır.

Xəbəri M.Fətiyev AZNEWS.AZ-a təsdiqləyib.

Elnarə
AzNews.az