Azərbaycanda ən çox və az sevilən ixtisaslar - SİYAHI

Hazırda respublikamızda fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində 30343 nəfər təhsil alır.

Təhsil Nazirliyinin məlumatına görə, statistik göstəricilər oğlanların qızlara nisbətən peşə təhsilinə daha çox maraq göstərdiyini göztərir.

Belə ki, peşə məktəbində oxuyanların 21909 nəfəri (72.2%) oğlan, 8434 nəfəri (27.8%) isə qızlardır.

Müraciət edənlər daha çox "Mühasibat işi", "İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti", "Kənd təsərrüfatı nəqliyyatına və elektrik avadanlığına xidmət" kimi ixtisaslara üstünlük verirlər. "Arıçılıq", "İnteryer və eksteryerin bədii tərtibatı" və "Quyuların təmiri" isə ən az müraciət edilən ixtisaslardır.

Elnarə
AzNews.az