İntellektual oyuna gənclər axtarılır - ELAN

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı "Bakının Birİncisi- 2013" adlı "Nə? Harada? Nə Zaman?" gənclərarası intellektual yarışmasına hazırlaşır.

Layihənin baş koordinatoru Ayan Bəşirzadənin AzNews.az-a verdiyi məlumata görə, yarışma iyulun 13-də keçiriləcək.

İştirak üçün ərizələrin qəbuluna artıq başlanılıbb. Sənəd qəbulu iyulun 8-ə kimi davam edəcək. Yarışmada iştirak üçün yaş həddi 29-dur.

1983-cü il tarixində anadan olmuş, 30 yaşı iyulun 13-dən tez olmayaraq tamam olmuş şəxslər müraciət edə bilərlər.

İştirakçı olmaq istəyənlər ərizədə komandanın adı, iştirakçıların adı, soyadı, təvəllüdü və əlaqə telefonlarını qeyd etməlidir. İştirak ərizəsi ilə birgə şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Bütün ərizələr bakinskaya.jemchujina@gmail.com ünvanına göndərilməlidir.

Xatırladaq ki, "Bakının Birİncisi 2010" adlı "Nə? Harada? Nə Zəman?" gənclərarası yarışması 13 Fevral 2010-cu ildə, "Bakının Birİncisi - 2011" 16 Aprel 2011 ildə, "Bakının Birİncisi - 2012" isə 12 may 2012 - ci ildə keçirilib.

Turnir Rusiyada, Beynəlxalq Klublar Assosiasiyasında qeydiyyata alınıb.

AzNews.az