Zərdabdan sürgün edilən qızla bağlı araşdırmalar başladı

Zərdabın Alıcanlı kəndində 15 yaşlı qızın əxlaqsızlıqda ittiham edilərək kənddən sürgün edilməsi ilə bağlı məlumat "Təmiz dünya" təşkilatı tərəfindən araşdırılır.

Təşkilatın sədri Mehriban Zeynalovanın sözlərinə görə, artıq qızın babası ilə əlaqə yaradılıb: "Baba olduqca həyəcanlı şəkildə bildirdi ki, qız prokurorluq tərəfindən ekspertizaya aparılıb və onun bakirə olduğu bildirilib. Ancaq prokurorluğun hansı məqsədlə ekspertiza keçirməsinin özü maraqlıdır. Digər məsələ yerli sakinlərin 15 yaşlı qızı kənddən sürgün etmək qərarıdır. Bu yeni metoddurmu? Yerli qurumlar, uşaq problemləri ilə məşğul olan qurumlar niyə uşağın məxfiliyini qorumadan bu cur aqresiyaya rəvac verib? İcra hakimiyyətinin bu məsələ ilə bağlı iclas keçirməsi etik qaydalara nə qədər riayət edildiyin sual altında qoyur. Belə düşünürəm ki, bir müddət sonra biz Zərdabda qadınların daş-qalaq edilməsi barədə xəbərlər alacağıq".

Elnarə
AzNews.az