Zərdabda yeni məktəblər tikilir

Zərdabda qısa müddətdə rayonda 13 məktəb tikilib istifadəyə verilib.

AzNews.az xəbər verir ki, hazırda Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində inşa olunan yeni məktəb binalarının tikintisində son tamamlanma işləri görülür.

Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorundan verilən məlumata görə, yaradılan şəraitdən maksimum yararlanan pedaqoji kollektivin və şagirdlərin səyi nəticəsində 2007-ci ildə ali məktəblərə qəbul 47 nəfər olmuşdursa, 2012-ci ildə bu rəqəm 102 olub.

Bu günləri yüksək amallarla yaşayan və növbəti Prezident seçkilərini böyük ruh yüksəkliyi ilə qarşılamağa hazırlaşan zərdablılar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdardırlar.

AzNews.az
image description image description