“Təhqir niyə cəzasız qalmalıdır?” “Təhqir niyə cəzasız qalmalıdır?”

"...Anarxiya və xaosa gətirib çıxara bilər” - Elnur Aslanov

“Təhqir niyə cəzasız qalmalıdır?”



"İndiyədək dünyada internetdə münasibətin tənzimlənməsi üçün qanun və normalar qəbul edilib. Azərbaycan da indiyə qədər həyata keçirilən həmin tədbirləri tətbiq edir. Azərbaycanın qəbul etdiyi qərar müəyyən normaların requlyasıyası, milli-mənəvi tənzimləmədir. Təhqir niyə cəzasız qalmalıdır? Tənzimləmə olmadan nəticə internetdə anarxiya və xaosa gətirib çıxara bilər".

AZNEWS.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Aparatının siyasi təhlil və araşdırmalar şöbəsinin müdiri Elnur Aslanov bildirib.

PA-nın şöbə müdiri Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qərarın da ikili standartın nəticəsi olduğunu bildirib: "754 üzvü olan Avropa Parlamentinin 34 üzvünün istəyi ilə qəbul olunan bu qərar Azərbaycana qarşı qərəzlidir. Niyə 24 ildir ki, hüququ pozulan Azərbaycan insanı haqqında qərar qəbul edə bilmirlər?"

Ruhiyyə
AzNews.az