Asim Mollazadə yenidən sədr seçildi

Bu gün Demokratik İslahatlar Partiyasının 4-cü qurultayı keçirilib.


Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Asim Mollazadə yenidən partiyanın sədri seçilib. O, alternativ namizədlərin olmadığına görə təəssüfləndiyini bildirib:

"İstərdim ki, başqa namizədlər də olsun. Bizim ilk qurultayımızdır ki, alternativ namizəd təklif olunmadı".

Partiya sədri ona bu etimadı gğstərdiklərinə görə üzvlərə təşəkkür edib.

Asim Mollazadənin bu il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsi ilə bağlı məsələ isə partiyanın Siyasi Şurasına həvalə olunub.


AzNews.az